Bakı şəhərinin Zığ qəsəbəsində ehtiyac içində yaşayan bir ailə haqqında məlumatımız var idi. 27 sentyabr tarixində növbəti xeyriyyə aksiyasini həyata keçirmək məqsədi ilə həmin ünvana yollandıq.
Ailə bir xəstə qadın və onun 3 məktəbli övladından ibarətdir. Ailə heç bir işin, məvacibin sahibi olmadığı halda, üstəlik, onların heç bir əlavə gəlirləri də yoxdur. Bütün ailə ümidini qadının təqaüdünə (pensiya) bağlayır. Ömrünün 4 ilini yataqda keçirən və 2 - ci qrup əlil olan qadın əmək qabiliyyətini itirib. Səhhətində problemlər yaşanır, qadının beli - onurğa sümüyü zədəlidir, mədəaltı vəzidə isə iltihab tapılıb və təcili olaraq, əməliyyat etmək lazımdır. Üstəlik uşaqların təhsili ilə bağlı problemlər yaşanır, lazım olan məktəb ləvazimatlarını almaq üçün çətinlik çəkirlər. Qida və geyim barəsində üzləşdikləri çətinlikləri hələ demirəm... Ailənin çətin vəziyyətini nəzərə alaraq, pul və ərzaq ilə yardım etmək istədik. Lakin səhhətindəki problemlər daha da gərginləşdiyini bildikdə qərara gəldik ki, onların ərzaqdan daha çox pula ehtiyacları var.
Ümidvaram ki, həmin ailəyə müəyyən miqdarda köməyimiz dəymiş oldu və İnşAllah, yenə də əlimizdən gələni onlardan əsirgəmərik!
Redaktə edilib: 31.10.2009Ailə ilə əlaqə saxlayıb ananın vəziyyəti ilə bir daha maraqlandıq. Əməliyyat baxımından heç bir yeniliyin olmadığını öyrəndik. Yenə əlimizdə olan məbləğdən bu ailə üçün imkan daxilində yardım ayırdıq.
Redaktə edilib: 19.03.2010Ailəyə sürpriz bayram hədiyyəsi... Ən azından bayram süfrəsi hazırlaya biləcək ərzaq bazarlığı edib, ailə ilə əlaqə saxladıq, ailənin qızı ilə görüşdük.
Dedik süfrələri bir az da bol olsun..
Redaktə edilib: 18.03.2013Novruz bayramı ilə əlaqədar bayram sovqatının paylandığı 14 ailədən biri də bu ailə oldu.
Redaktə edilib: 16.10.2013Bir nəfərin verdiyi qurbanlıq paydan bir payı da bu ailəyə verildi.
Redaktə edilib: 30.12.2013Yeni il süfrəsi üçün ərzaq yardımı ailəyə çatdırıldı.
Şərhlər