Azəbaycan Respublikası "ƏLİL TƏŞKİLATLARI İTTİFAQI" (ƏTİ) 2003-cü ildə yaradılmış, 16.04.2005-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınmışdır.
ƏSAS MƏQSƏD
Əlil təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların maraq və mənafelərini təmsil və müdafiə etmək.
VƏZİFƏLƏR
• Hüquqi bazanın təkminləşdirilməsinə dəstək;
• Qarşılıqlı əməkdaşlıq formalarının inkişafı;
• Müyəssər mühitin yaradılmasına dəstək;
• Əlillərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsində məqsədyönlü fəaliyyətin təşkili;
• Üzv Təşkilatların inkişafına dəstək;
• Əlil Təşkilatlarının və onların vasitəsilə əlillərin ictimai həyatda iştirakının və təmsilçiliyinin gücləndirilməsi;
• Əlillərin reablitasiya, təhsil, məşğulluq problemlərinin həllində vəkillik və lobbiçilik fəaliyyətinin gücləndirilməsi;
• Psixoloji və fiziki maneələrin minimuma çatdırılmasında proqram və layihələrin işlənməsi və həyata keçirilməsi;
• Beynəlxalq Əlaqələrin inkişafı
FƏALİYYƏTLƏR
• 3dekabr beynəlxalq əlillər günü münasibətilə tədbirlərin həyata keçirilməsi;
• Hökümət və qeyri-hökümət təşkilatları ilə əlaqələrin qurulması;
• Üzv təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və dəstək;
• Təşkilatın texniki bazasının təşkili;
• Əlillərin hüquqi konsultasiya xidmətinin göstərilməsi;
• Təlimlərin keçirilməsi;
• Əlillərə aid virtual qanunvericilik toplusunun yaradılması;
• Fiziki maneələin aradan qaldırılması, Əlilliyin Dərki
• İstiqamətlərində maarifçilik fəaliyyətləri;
• Dəyirmi masaların təşkili;
• Əlil hüquqlarına aid beynəlxalq konvensiya layihəsinin Azərbaycan dilinə tərcümə olunması, çapı, OMBUDSMAN aparatı ilə müvafiq rəy və təkliflərin hazırlanması;
• Əlilliyi olan insanlara aid Birləşmiş Millətlər Təşkilatının (BMT) Standart Qaydalarının nəşri.
Ünvanı: AZ1138, Bakı ş., Əhməd Cavad küçəsi 7a.
Tel.: (+994 12) 43 44 836;
Mob.: (994 50) 371 03 02
Faks: (+994 12) 43 49 329
[email protected]
http://www.udpo.az
Şərhlər