Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Sualınız var?! - Buyurun!
  • Baxış sayı: 447104
  • Şərhlər: 27725
  • Müəllif: 1ik.Biz
  • Tarix: 13-05-2011, 12:39
  • Bölmə: Digər
  • Açar sözlər:

Sualınız var?! - Buyurun!

Sualınız var?! - Buyurun!

Mövzularımıza uyğun istənilən sualınızı verə bilərsiniz.
Bacardığımız qədər, cavablandırmağa çalışacağıq.
Qiymətləndirmə:

Şərhlər

Müəllif: vefa   21 may 2013 13:37  |  Qrup: İstifadəçi
Salam. Muellimeyem sagirdlerimle ehtiyaci olan aileye ziyarete getmek isteyirik. Bildiyiniz aile varsa nece komek ede bilersiz?

sitat        
Müəllif: 1ik.Biz   12 oktyabr 2012 22:23  |  Qrup: Təşkilatçı
Qasimova Suzana,
Salam aleykum, şox sağ olun, təşəkkürlər.
Əvvəlcədən uşaq evi ilə əlaqə saxlamağınız yaxşı olar.
Amma sadəcə geyim və s. kimi dediklərinizi verib qayıdacaqsınızsa, onda birbaşa da gedə bilərsiniz. Əgər içəri girib uşaqlarla da görüşmək istəyirsinizsə, əvvəlcədən əlaqə saxlamalı olacaqsınız. yaxşı olar ki, bir neçə rəfiqənizi də götürüb gedəsiniz (ya da noyabrın 4-ü planladığımız ziyarətdə qoşulun bizimlə gedək :))


--------------------

sitat        
Suzana
Müəllif: Qasimova Suzana   7 oktyabr 2012 11:18  |  Qrup: İstifadəçi
Salam, men bilmek isteyirem ki usaq evlerine getmek ucun qrup olmalidir yoxsa tek misalcun men ozum tekce gede bileremmi? Mueyyen qeder geyim ve elave lazimi seyler varimdi vermek isteyirem, bir de ki getmezden evvel usaq eviyle elaqe saxlamaq lazimdir? Evvelceden tesekkurler, bele bir sayt tapdigim ucun sevindim..

sitat        
Müəllif: 1ik.Biz   23 mart 2012 16:44  |  Qrup: Təşkilatçı
rizvan,
Salam.
Bu sayta uşaq evlərinin rəhbərliyi inanmıram baxa və cavab yaza..


--------------------

sitat        
Müəllif: rizvan   23 mart 2012 01:31  |  Qrup: İstifadəçi
salam necesiz usaq evinin rehberi ve usaqlari siz novruz bayraminizi tebrik eleyirem menim sualim rehbeliyedi men bir iki ile aile quracam ALLAHIN iznine usaq evinden bir qizla aile qurmaq isteyirem yalniz ozum kim bir insan isteyirem yeni bu sualimi beyendiyim ve meni beyenen insana teklif elesem qebul eleyen olar he men ona gore usaq evinde olan qizla aile qurmaq isteyirem ki menide ALLAHA tala yaradib onuda ALLAHA tala yaradib men pis yaxsi xosbet olmusam ama usaq evinde qalan insanar menim kimi xosbet ola bilmesder men ana yaninda qalmisam ve isti evde qalmisam ama onar yox menim teklifimi meni beyenen insan qebul elese cox sad olaram men de beyendiyim insanda bir yerde xosbet olariq ama indi demirem evlenirem hardasa bir iki ile gururesi ishlerim rehberi sizden cox xahis eleyirem bu barede kumeyliyi elesesiz cox sad olaram bu menim nomremdi 055 831 29 88 adim rizvandi eger neseni deqiqlewdirmek isteyirsizse zeng eleye bilersiz

sitat        
Müəllif: 1ik.Biz   13 fevral 2012 16:07  |  Qrup: Təşkilatçı
ased,
Uşaq evinin ünvanını dəqiqləşdirin, həmin uşaq evinə ziyarət edən zaman soruşmaq olar.
Yoxsa zəng etməklə, yaxud birbaş gedib soruşmaqla alınmaz çox güman ki.
Bir də, təkcə adla çətin ki, dəqiq nəsə öyrənmək olsun. Eyni adda bir neçə uşaq ola bilər.


--------------------

sitat        
Müəllif: ased   12 fevral 2012 20:56  |  Qrup: İstifadəçi
men bir qizin adini oyrenmek isteyire bilim o qiz oradadir ? 2 sayli usaq evinde?

sitat        
Müəllif: Milaska89   4 fevral 2012 08:38  |  Qrup: İstifadəçi
ay-nur,

Bu haqda burdan məlumatlana bilərsiniz.

sitat        
Müəllif: ay-nur   4 fevral 2012 00:01  |  Qrup: İstifadəçi
salam,xahis edirem,yasamal rayonu erazisinde yerlesen usag evi varsa,onun unvanini yazasiz

sitat        
Müəllif: 1ik.Biz   27 dekabr 2011 23:30  |  Qrup: Təşkilatçı
gulnar,
Yəni uşağı övladlığa götürmək istəyirsiniz?
Belədirsə, digər suallara nəzər yetirsəniz, bu mövzuda suallar çoxdur.
Əgər sualınızın cavabını burda tapa bilməsəniz, buyurun, o zaman istədiyiniz sualı verin, məmnuniyyətlə, cavablandırmağa çalışaq.


--------------------

sitat        
Müəllif: gulnar   27 dekabr 2011 21:12  |  Qrup: İstifadəçi
salam.man kimsesiz 1usaga komeklik atmek isteyirem.analiq etmek isteyirem.imkanim daxilinde.bu haqda melumatlar lazimdi mene.bu mumkundi?

sitat        
Müəllif: 1ik.Biz   15 dekabr 2011 23:29  |  Qrup: Təşkilatçı
Könül,
Sualın birinci hissəsi barədə heç nə deyə bilmərəm, bu barədə həmin uşaq evindən soruşsanız, daha yaxşı bilərlər. Pula gəldikdə, pul uşaq seçilib hər şey dəqiqləşdirkdən sonra, məhkəməyə müraciət ediləndə (yənis iz məhkəməyə uşaq götürmək istəməyinizlə bağlı müraciət yazanda) dövlət rüsumu ödəməlisiniz, 3 AZN. Ümumilikdə prosedur özü ödənişsizdir.


--------------------

sitat        
Müəllif: Könül   14 dekabr 2011 14:06  |  Qrup: İstifadəçi
Salam. Sizi yenə Naxçıvandan narahat edirəm. Biz Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 66 yerləşən 1 saylı uşaq evindən bir sağlam, qüsursuz körpə qız uşağı, 2 yaşında 3 yaşında da ola bilər götürmək istəyirik. Sizdən xahiş edirəm bu ünvanda əgər bizim arzu etdiyimiz uşaq varsa bizi məlumatlandırasınız. Bir də bilmək istərdik övladlığa uşaq götürəndə pulmu ödəməliyik, yoxsa pulsuz bu proses başa gəlir.

sitat        
Müəllif: 1ik.Biz   13 dekabr 2011 00:16  |  Qrup: Təşkilatçı
Könül,
Zəhmət olmasa, elə bu mövzuda Pərvanə xanıma yazılan cavabı oxuyun.
Qeyd etdiyiniz Nizami rayonundakı uşaq evinin nömrəsini də qeyd etsəydiniz, ordakı uşaqların yaşı barədə daha dəqiq məlumat öyrənmək olardı.


--------------------

sitat        
Müəllif: Könül   12 dekabr 2011 12:30  |  Qrup: İstifadəçi
Mən bu məktubu sizə Naxçıvandan yazıram. Allah rzası üçün bir qız uşağı
övladlığa götürmək istəyirik. Ancaq Bakı şəhəri, Nizami rayonunda
yerləşən uşaq evində bilmirik belə bir şey mümkün olarmı. Sizdən bizə
yaxından göməklik etməyinizi xahiş edirik. Məlumatınızı səbirsizliklə
gözləyirik ki, uşaq evində qüsursuz 3 yaşından yuxarı qız uşağı varmı.
Varsa biz necə əlaqə saxlayaq Hansı sənədləri gətirək. Bu proses neçə ay çəkir. Sağ olun Allah amanında


sitat        
Müəllif: 1ik.Biz   10 dekabr 2011 23:05  |  Qrup: Təşkilatçı
Ema,
Salam. Allah rəhmət eləsin.

Bacınızın qızı yoldaşı üçün ölüm şəhadətnaməsi almalıdır.
Onlara dəfn üçün birdəfəlik müavinət düşür: 100 manat. Onu alıbmı?
Bu, ərinin işləyib-işləməməsindən aslılı deyil.
Meyidi Azərbaycana gətiriblərmi?

Sosial yardımla bağlı, BUBU xəbərlərdə qeyd olunmuş sənədləri təqdim etməlisiniz.
Əgər ailənin gəliri (uşaqlarla birlikdə) adambaşı 75 (yanvarın birindən 84 manat olub) manatdan aşağıdırsa yadım ayrılacaq.


--------------------

sitat        
Müəllif: Ema   9 dekabr 2011 14:31  |  Qrup: İstifadəçi
Salam. menim bacım qızının yoldaşı Rusiyada vefat edid 40-ı teze çıxıb. 1 övladı var. ona sosial yardım düşür? Nəzərinizə çatdırım ki yoıdaşı heç ir yerdə işləməyib iş stjı yoxdur

sitat        
Müəllif: 1ik.Biz   6 dekabr 2011 18:51  |  Qrup: Təşkilatçı
Etibar,
Sualınızla bağlı yenə yazacağam, ilkin olaraq, onu qeyd eliyim ki, uşaq övladlığa götürmək üçün qeydiyyatda olduğunuzı ərazi üzrə İcra Hakimiyyətinin “Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi” üzrə komissiyaya müraciət etməlisiniz.
Həmin komissiya övladlıq və qəyyumluq orqanı vasitəsilə sizə lazımı sənədlərin toplanması üçün siyahı verir. Toplanılan sənədlər rayon icra hakimiyyətinə təqdim olunur. Rayon icra hakimiyyəti başçısının müvafiq məktubu ilə həmin sənədlərin sürəti Səhiyyə Nazirliyinə ünvanlanır.
Səhiyyə nazirliyində uşaqlar uçota alınır. sənədlər qaydasındadırsa və uşaq seçilirsə o zaman məhkəməyə müraciət olunur.
P.S. Cavab bir az gec oldu, üzrlər..


--------------------

sitat        
Müəllif: Etibar   5 dekabr 2011 09:04  |  Qrup: İstifadəçi
Rusiyaya ozumuzla aparacayiq.Usaq biznen yasayacaq.

sitat        
Müəllif: 1ik.Biz   5 dekabr 2011 06:00  |  Qrup: Təşkilatçı
Etibar,
Zəhmət olmasa, deyin, uşağı Rusiyaya aparacaqsınız, yoxsa Azərbaycanda qalacaq?


--------------------

sitat        
Müəllif: Etibar   4 dekabr 2011 10:23  |  Qrup: İstifadəçi
Salam cavaba qora cox sag olun.Rusyada yasadiqimiz ucun ushaq secmek barede hec bir anlayisimiz yoxdur nece hansi usaq evine qedeceyik bilmirik.3-ayliqdan 3- yasa kimi usaq goturmaq istiyerdik. Bu barede bizi melumatlandirsaniz size cox minnetdar olariq. (Azerbaycan vetendasiyiq)

sitat        
Müəllif: 1ik.Biz   2 dekabr 2011 13:05  |  Qrup: Təşkilatçı
Etibar,
Salam.
Xeyirli-uğurlu olsun!
Sizin gözləməli olduğunuz müddət çox gümn ki, bir neçə ay olacaq. Əslində hər şey vəziyyətdən asılıdır, bir az tez, yaxud bir az gec də başa gələ bilər.
Uşaqların seçimi isə, mümkündür. Amma bunu necə edəcəksiniz?
Eyni uşaq evinə daim gedib gəlməklə? Yaxud nə fikriniz var bununla bağlı?
Bildiyimə görə, uşaq götürmək istəyən valideynlərə seçim ünün bir neçə uşaq təqdim olunur. Hansı ki, bu uşaqlar əvvəlcədən seçilir, fiziki və psixoloji problemi olmayan uşaqlar olur (Xüsusən psixoloji). Problemli uşaqları adətən, təqdim etmirlər, çünki bu sonradan, övladlığa götürmüş ailənin uşaqdan imtina etməsi ilə nəticələnə bilər.
Məlumat üçün onu da qeyd edim ki, bu mövzuda prosedurların sadələşdirilməsi üçün qanuna müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Bu dəyişikliklər arasında, ən çox diqqət çəkən isə, budur ki, valideynlə uşağın bir-birinə uyğunlaşma(ma)sını müəyyən edə bilmək üçün onlara 6 ay sınaq müddəti verilsin. Həmin 6 ay ərzində uşaq müəssisədə qalacaq, lakin valideyn istədiyi vaxt gəlib uşaqla istədiyi qədər vaxt keçirə biləcək. 6 ay sonra qərarını dəyişməsə, uşağı götürə bilər. Dəyişsə, götürməz.


--------------------

sitat        
Müəllif: Etibar   1 dekabr 2011 11:33  |  Qrup: İstifadəçi
Salam biz ovladliqa usaq qoturmaq isteyirik.Bu yazilan senedleri teqdim edenden sonra ne qeder vaxtdan cevab qelir ve biz bu muddet erzinde usaq sece bilerikmi.

Salam biz ovladliqa usaq qoturmaq isteyirik.Bu qosterilen senedleri teqdim etdikden sonra ne qeder vaxt qozlemek lazim qelir ve biz bu vaxt erzinde usaq evlerine qedib usaq sece bilerikmi?

sitat        
Müəllif: Milaska89   21 oktyabr 2011 14:05  |  Qrup: İstifadəçi
Pervane,
Əsas lazım olan sənədlər:

- şəxsiyyətini təsdiq edən sənədin surəti;
- qısa tərcümeyi-hal;
- övladlığa götürməyə imkan verməyən xəstəliyinin olmaması barədə tibbi arayış;
- ümumi səhhəti barədə tibbi arayış;
- yaşayış sahəsi barədə məlumat (yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd və s.);
-ailə vəziyyəti barədə məlumatlar (nikah haqqında şəhadətnamənin surəti, nikahın pozulması haqqında şəhadətnamənin surəti);
- iş yeri (vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat;
- övladlığa götürmək istədiyi uşağın xüsusi əlamətləri (yaşı, cinsi, gözlərinin rəngi və s.);

sitat        
Müəllif: 1ik.Biz   21 oktyabr 2011 13:45  |  Qrup: Təşkilatçı
Kemale Agazade,
Biz də sizə mənəvi dəstəyinizə görə təşəkkür edirik.

Pervane,
uşaq götürmək üçün

Tək şəxs, yaxud ər və arvad uşağı övladlığa götürmək istəyirlərsə, qeydiyyatda olduğu ərazi üzrə İcra Hakimiyyətinin “Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi” üzrə komissiyaya müraciət edir. Həmin komissiya övladlıq və qəyyumluq orqanı vasitəsilə valideyin olmaq istəyən şəxslərə lazımı sənədlərin toplanması üçün siyahı verir. Toplanılan sənədlər rayon icra hakimiyyətinə təqdim olunur. Rayon icra hakimiyyəti başçısının müvafiq məktubu ilə həmin sənədlərin sürəti ya Səhiyyə Nazirliyinə, yaxud da Təhsil Nazirliyinə ünvanlanır.
Üç aylıqdan 3 yaşına qədər övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşmiş uçotu Səhiyyə Nazirliyi tərəfindən aparılır. 3 yaşdan 18 yaş arası uşaqların övladlığa verilməsi üçün mərkəzləşmiş uçot qeydiyyatı isə Təhsil Nazirliyi tərəfindən aparılır.
Aşağıdakı sənədlər toplanılır:
1.Həmin şəxs nikahda deyildirsə, onun doğum haqqında şəhadətnaməsinin surəti. Evli olan şəxsin nikah haqqında şəhadətnaməsinin surəti.
2.Uşaq bir şəxs tərəfindən övladlığa götürülürsə, onda digər tərəfin (ər, yaxud arvadın) razılıq ərizəsi.
3.Əgər övladlığa, yaxud qəyyumluğa uşaq götürən insan ayrılıbsa, boşanma haqqında şəhadətnamənin sürəti
4.Övladlığa (qəyyumluğa) uşaq götürmək istəyən şəxslərin səhhəti haqqında tibbi rəy.
Rəyə daxil olan xəstəliklər: Vərəmin aktiv və xroniki vəziyyətdə olması, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr. Daxili orqanların, sinir sistemi xəstəlikləri. Bədxassəli onkoloji xəstəliklər. Narkomanlıq, toksikomanlıq və xronoloji alkoqolizm. İnfeksion xəstəliklər, ruhi xəstəliklər
eyni zamanda əmək qabiliyyətini itirməklə I və II əlillik qrupu olan xəstələr övladlığa və qəyyumluğa uşaq götürə bilməz.
Uşaqla övladlığa götürən arasında yaş fərqi 16 yaş olmalıdır .
əgər bu məsələlər müsbət həll olunursa, vətəndaş məhkəməyə müraciət edir, uşağın övladlığa verilməsinə dair məhkəmə qərarı çıxarılmalıdır ..

qaranlıq qalan nəsə varsa soruşun.
P.S. cavab bir az gec oldu, bilirəm, üzrlər..


--------------------

sitat        
Müəllif: Pervane   11 oktyabr 2011 03:26  |  Qrup: İstifadəçi
salam men evladliqa usaq goturmek isteyirem xahis edirem bu barede menim poct qutuma melumat yazib gonderesiniz. hansi senedler lazimdir ve men ne etmeliyem???

sitat        
Müəllif: Kemale Agazade   8 oktyabr 2011 08:29  |  Qrup: İstifadəçi
Men ilk defedir bu sayta baxiram. Olduqca maraqlidir. Azerbaycan Ushaqlar Birliyi adindan size teshekkur edirem.

sitat        
Müəllif: Arzu Əlizade   24 may 2011 03:53  |  Qrup: İstifadəçi
Çox saq olun, dəyərli saytdır. Uğurlu olsun.

sitat        

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9