Ümumi müddәalar
Azәrbaycan Respublikası Nazirlәr Kabineti
Uşaq evlәrinin Nümunәvi Əsasnamәsinin tәsdiq edilmәsi haqqında
Qәrar № 339
19 sentyabr 1994-cü il, Bakı şәhәri Azәrbaycan Respublikası Nazirlәr Kabineti qәrara alır:
Azәrbaycan Respublikası «Tәhsil Qanunu»nun 30-cu maddәsinә müvafiq olaraq, uşaq evlәrinin Nümunәvi Əsasnamәsi tәsdiq edilsin (әlavә olunur).
Baş nazir
S. HÜSEYNOV
18 avqust 2000-ci il tarixli, 144 nömrәli; 16 avqust 2004-cü il tarixli, 114 nömrәli; 25 oktyabr 2005-ci il tarixli, 195 nömrәli qәrarlara әsasәn әlavә vә dәyişikliklәrlә («VneshExpertService»).
Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 339 saylı qәrarı ilә tәsdiq edilmişdir
Uşaq evlәrinin nümunәvi әsasnamәsi
Ümumi müddәalar
1. Uşaq evlәri yetim vә valideyi himayәsindәn mәhrum olan uşaq vә yeniyetmәlәrin tә`lim-tәrbiyәsini, maddi-mәişәt şәraitini vә sosial müdafiәsini tә’min etmәk mәqsәdilә tәşkil olunur.
2. Uşaq evlәrinin açılması, tipinin dәyişdirilmәsi vә fәaliyyәtinin dayandırılması Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin müәyyәn etdiyi qaydalar әsasında hәyata keçirilir.
3. Uşaq evlәri öz fәaliyyәtindә Azәrbaycan Respublikası qanunlarını, Azәrbaycan Respublikası Ali Sovetinin qәrarlarını, Azәrbaycan Respublikası Prezidentinin fәrman vә sәrәncamlarını, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrar vә sәrәncamlarını, «Tәhsil Qanunu»nu, bu Əsasnamәni vә başqa normativ aktları rәhbәr tutur.
4. Uşaq evlәri bu tiplәr üzrә yaradıla bilәr:
mәktәbәqәdәr yaşlı uşaqlar üçün;
mәktәbyaşlı uşaqlar üçün;
mәktәbәqәdәr vә mәktәbyaşlı uşaqlar üçün qarışıq tipli.
5. Şәrait vә müvafiq imkanlar daxilindә qarışıq tipli uşaq evlәrinin tәşkili daha mәqsәdәuyğun sayılır.
6. Uşaq evlәrindә nitqi qüsurlu uşaqlar istisna edilmәklә, әqli vә ya fiziki inkişafca qüsurlu digәr uşaqlar üçün (kar, kor, zәif eşidәn, әqli cәhәtdәn zәif inkişaf etmiş vә s.) qrupların tәşkilinә icazә verilmir.
7. Uşaq evlәri 80 nәfәrdәn az uşaq olmamaq şәrtilә komplektlәşdirilir. Uşaq evlәri bilavasitә yerli tәhsil şö’bәlәrinin tabeliyindә fәaliyyәt göstәrir.
8. Tәhsil şö’bәsi әrazisindәki uşaq evinin fәaliyyәtinә müntәzәm nәzarәt edir, onun işini istiqamәtlәndirir, rәhbәrliyә vә pedaqoji kollektivә metodiki kömәklik göstәrir, tәlim-tәrbiyә prosesinin tәşkilindә yaxından iştirak edir.
9. Maddi-tәdris baza vә müvafiq kontingent olduğu hallarda әqli vә ya fiziki inkişafca qüsurlu, habelә sağlamlığının vәziyyәtinә görә uzunmüddәtli müalicәyә ehtiyacı olan uşaq vә yeniyetmәlәr üçün ayrıca xüsusi uşaq evlәri tәşkil edilә bilәr.
Şərhlər