"Mən də oxumaq istəyirəm!"
Aksiya çərçivəsində ilkin olaraq Göyçay rayonundakı 2 ailəyə məktəb ləvazimatları yardımı edilib.
Aksiya çərçivəsində ilkin olaraq Göyçay rayonundakı 2 ailəyə məktəb ləvazimatları yardımı edilib.
Ailələrdən biri barədə artıq məlumat verilmişdi. Belə ki, ailənin 4 övladı var, bir də evdə nənə və bibi. Yalnız əkin-biçinlə dolanırlar. Uşaqlar məktəbə getmirlər. Uşaqlardan 2-si qız, 2-si oğlandır. Böyük uşağın 16 yaşı var, qızdır. Kiçik bu il 1-ci sinfə getməlidir, amma getməyəcək. Maddi imkan baxımından. Ondan bir az böyüyü isə 6-cı sinfə getməyə hazırlaşır. Bu 4 uşağın içərisində məktəbə gedən təkcə bu uşaqdır - oğlandır.
Ailələrin maddi vəziyyətlərinin məlum olması üçün şəkillər bir az ətraflı çəkilib.
Selofanla örtülmüş otaqlar evin hamamıdır.
Selofanla örtülmüş otaqlar evin hamamıdır.
İkinci ailə isə bir nənə və bir xanım-xatın nəvədən ibarətdir, uşağın anası rəhmətə gedib, atası isə başqası ilə evlənib gedib. Nənə yalnız təqaüd hesabına baxır nəvəsinə.
Allah bütün maddi və mənəvi dəstək olan kəslərdən, əl tutanlardan razı olsun! Allah yüz qat, min qat əvəzini versin! Amin!
Aksiya davam edir.
Şərhlər