Aylar əvvəl "Mən də oxumaq istəyirəm!" layihəsindən tanıdığımız ailələrdən birini bu gün yenidən ziyarət etmək, ailə ilə yenidən hal-əhval tutmaq, uşaqların dərsləri ilə maraqlanmaq qərarına gəldik.
Bu dəfə ailəyə ərzaq köməyi edək dedik.
Bu dəfə ailəni öz evlərində ziyarət etdik. Ev ananın adınadır, ata hərdən gəlir - başqa ailəsi var. Bu ailədəsə 3 övlad var - 2 qız, 1 oğul. Qızlardan biri məktəbə getmir, 2-ci sinfə qədər gedib, sonra çıxarılıb məktəbdən.
Oğul dərsə gedib-gəlsə də, oxumur. Qız nisbətən oxuyur...
Evi vaxtilə ata tikirmiş, sonralar digər ailəsinin yanına getdiyinə görə, evin tikintisi yarımçıq qalıb. Ana bacardığı qədər evi qızmar istidən və şaxtalı qışdan qorumaq üçün nələrsə etməyə çalışıb.
"Ailələrə təkrar ziyarət" aksiyası davam edir, istəyən qoşula və savablarını artıra bilər...
Şərhlər