Bu gün sevinən ailəni ziyarətimiz, əslində tanışlıq xarakteri daşıyırdı.
Ailə indiki zəmanə üçün çoxuşaqlı sayılırdı, ayda 80 manat kirayə haqqı ödəyib məskunlaşdıqları ev (otaq) bəzi əşyalarla birlikdə verilib onlara. Evin divarları xalça ilə örtülüb, peçin də yetərincə istiliyi var. Ən azından, 1 oğul və 3 qız anası olan 28 yaşlı xanım evin istiliyindən şikayətçi deyil. Həyətin qapısı yoxdur, lakin bir neçə kubik hündürlükdə olan divardan atlayıb keçmək olar.
Uşaqlarından böyüyünü - 7 yaşlı qızını tanış bir ailəyə müvəqqəti verdiyini deyir.
Evdə 5 nəfər qalırlar. Ana, nənə və 3 azyaşlı uşaq. Uşaqlardan ikisi artıq məktəb yaşındadırlar, lakin imkan onların məktəbli olma hüququnu tapdalayıb.
Ən kiçik qız isə hələ əlini tuta-tuta gəzməyə çalışır - 9 aylıqdır.
Ata Xaçmaz rayonunda qalırmış, alkaqol və narkotik aludəçisi imiş. Ananın, dediyinə görə, ata ilə artıq əlaqəsi yoxdur. Lakin rəsmən boşanma da yoxdur. Uşaqların 2-si Xaçmazda doğulub, kiçiklər isə Bakıda. Bakıda doğulanların sənədi yoxdur, ailənin digər üzvlərinin sənədləri isə atanın evində - Xaçmazda qalıbmış.
Ailəyə əlimizdə olanlardan xeyli geyim və az miqdarda ərzaq aparmışdıq.
Allah köməklik edən hər kəsdən razı olsun. Allah köməklik edənlərə də, edilənlərə də özü kömək olsun.
Şərhlər