"1 ehtiyacı yox etmək üçün diqqətli olaq!" aksiyası çərçivəsində tanış olduğumuz ikinci ailə:
Ailədə ata səhhətindəki problemlə əlaqədar olaraq işləyə bilmir. Yalnız evdə şirniyyat sifarişləri qəbul etməklə az-çox qazanır, lakin bu qazancla ailəni təmin etmək mümkün deyil. Ana isə 5 azyaşlı övladını evdə qoyub işə gedə bilmir.
Ailənin 2 qızı artıq məktəb yaşını keçsə də, ailənin daim kirayələrdə ev dəyişməsi ilə əlaqədar, daimi yaşayış yerləri olmadığı üçün məktəbə getmirlər. Bu ildən bir tanış xanım onların məktəbə hazırlığını təmənnasız şəkildə boynuna götürüb.
Oğlanlar hələ məktəb yaşına çatmayıblar. Kiçiyi, çox şükür, sağlamdır, böyüklərdən biri isə uşaq vaxtı yanıq xəsarəti alıb. 6 yaşından sonra əməliyyata ehtiyacı olacaq (Şəkildə göstərilən hissə yanığın çox kiçik hissəsidir, qalan yanıq hissələr ümumiyyətlə baxılası halda deyildi).
Digər oğulda isə getdikcə qozbellik əlamətləri özünü göstərir. Həkim bir neçə aylıq xüsusi üzgüçülük kursuna ehtiyac olduğunu deyib. Kursun bir ayının qiyməti 50 AZN-dir. İnşAllah, Allahın köməkliyi ilə, ən azından, uşağın müalicəsi üçün vacib olan bu kursun aylıq ödənişlərini üzərimizə götürə bilsək, yəqin ki xeyli köməklik etmiş olarıq.
Yaxın 10 gün içində ailəni ərzaq yardımı və heç olmasa ilk ayın üzgüçülük kursu üçün ödənişi ilə ziyarət etməyi düşünürük.
32 və 33 ölçüdə qız çəkmələrinə də ehtiyac var. İnşAllah ki, kimdə istifadəsiz varsa əsirgəməz. Əks halda, onları da almaq qismətimiz olar Allahın köməkliyi ilə.
Ailəyə istənilən cür yardım etmək istəyən hər kəs bizimlə əlaqə saxlaya bilər (istəyən ziyarət zamanı şəxsən iştirak edə bilər):055 774 33 44 Rüstəm
[email protected]FaceBook GroupƏlaqə vasitələri haqda
ətraflı
Şərhlər