Ailənin 4 yaşlı oğlunda qozbellik simptomlarının olması barədə məlumat vermişdik.
Bizimlə əlaqə saxlayıb ailəyə yardım etmək istədiyini bildirən xanım ailənin 5 yaşlı digər oğlu üçün kurtka alması üçün maddi yardım edib. Həmçinin 4 yaşlı övladının yenidən müyinəsi üçün də lazım olan hər şeyi edib, Allah razı olsun!
Müayinə nəticəsində məlum olub ki, uşaq üçün 3 aylıq xüsusi üzgüçülük kursunun olması vacib deyil. Yeni müalicə yazılıb.
Müalicəyə əsasən, uşağın 10 günlük xüsusi masaja yazılması lazım oldu. Masaj kursu başlandıqdan sonra həkimlərin məsləhəti ilə uşaq üçün 10 günlük üzgüçülük və fizioterapeya da təyin olundu.
Bütün xərclər büdcəmizdən ödənildi. Ara-sıra həkimlər və üzgüçülüklə əlaqə saxlayıb, müalicənin necə getdiyini öyrənəcəyik, İnşAllah!
Allah əl tutan hər bir kəsdən razı olsun!
Eyni müalicə təxminən may ayında da təkrarlanmalıdır və bununla da keçib-gedəcək dedilər. İnşAllah!
Redaktə edildi: 30.01.2013
Tibb bacısı ilə əlaqə saxladıq, artıq irəliləyişlərin olduğunu dedi.
Şərhlər