Qurban bayramında "Esperans" Gənclərin xeyriyyə birliyi tərəfindən keçirilən "Qurban bayramında imkansız ailələrə yardım" aksiyası çərçivəsində bizim də siyahımızda olan bir neçə ailəyə ziyarət edildi, bayrampayı verildi. O ailələrdən biri də indi sizə barəsində məlumat verəcəyimiz ailədir. Bu ailə ilə hələki şəxsən tanışlığımız yox idi, sadəcə tutarlı mənbələrdən məlumatlanmışdıq. Bayram da bu tanışlığımız üçün bir bəhanə oldu sanki..
Ailə azyaşlı övladı Leylanın xəstəliyi səbəbilə xeyli borca düşüb, hazırda maddi vəziyyətləri olduqca pisdir. Özləri tələbə yataqxanasında kirayə qalırlar. Ata fəhlə işləyir, ana isə xəstə övladını qoyub işə gedə bilmədiyindən evdar xanımdır...
Leyla 2012 - ci ilin, təxminən avqust ayında bir dəfə, yardımsevər insanların köməkliyi ilə, ürəyindən əməliyyat olunub.
Bir müddət sonra yenidən ürək döyüntülərində qüsurlar yaranıb. Səbəbsə, hələki bilinmir. Uşaq yaxın 1-2 gün ərzində (Ən geci, 25.10.2012 tarixində) ürəyindən tomoqrafik müayinə olunmalıdır. Tomografiyanın nəticələri Ukraynaya göndəriləcək və orada diaqnoz qoyulacaq. Müayinə üçün ailəyə 80 AZN məbləğində pul lazımdır.
Bəziləri üçün 80 AZN elə də çox pul deyil.. Bəziləri üçün isə bu məbləğ görün nələri həll edə bilər..
Əgər biz də birləşə bilsək, hər kəs bacardığını etməkdən çəkinməsə, ailə də övladı üçün bu müayinəni edər və daha sonra dualarımızı da əsirgəməməliyik ki, nəticə müsbət olsun, İnşAllah!
Ailənin bu kiçik övladına kömək etmək üçün kim istəsə bizim vasitəmizlə, kim də istəsə birbaşa uşağın anası ilə əlaqə saxlayıb köməklik edə bilər..
Bizimlə əlaqə: 055 774 33 44 Rüstəm
Ailənin xanımı (Leylanın anası): 055 282 34 75 Aygün xanım
Əlaqə vasitələri haqda ətraflı: burada
Müayinə Rəşad doktor tərəfindən Neftçilər xəstəxanasında aparılacaq.
Elanı mümkün qədər paylaşsaq, bu 1-2 gün ərzində 80 AZN məbləği yığmaq heç də çətin olmayacaq..
Daha sonra isə ailəyə mümkün digər yardımlar etməyə çalışacağıq. İnşALlah, qismət olsa, müayinə haqqında da ətraflı məlumatlar veriləcək zamanla..
Allah özü kömək olsun!
Şərhlər