22.12.2011 tarixində xəstəxanaya yerləşdirdiyimiz xanımın nəhayət ki, xəstəxanadan çıxmaq vaxtı yetişdi.
Bu müddət ərzində xanımla mütəmmadi əlaqə saxladıq və xanım həkimi Səadət xanımdan razılığını bildirdi. Elə özümüz də bu müddət ərzində həkimin istər xasiyyəti istərsə də, savadına bələd olduq.
Xanım müalicə aldığı bu 23 gün ərzində yüngülləşdiyini bildirir və uzanmaqdan başqa, oturmağı da bacarır artıq.
Xanımı evinə qoyub qayıdanda xahiş etdik ki, oturmağa "tənbəllik" etməsin, bacardığı qədər hərəkətdə olmağa çalışsın.
Xəbərin davamı olacaq, İnşAllah!
Şərhlər