Biz valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün isti ailə ocağı yaradır və bu uşaqlara ailə daxilində uzunmüddətli münasibətlər qurmaq üçün şərait yaradırıq. Uşaqlara öz mədəniyyət və dini əqidələrinə uyğun yaşamağa və cəmiyyətin fəal üzvləri kimi formalaşmalarına kömək edirik.
Biz uşaqlarımıza ailə əsaslı qayğı modelindən istifadə edirik. Ailə əsaslı qayğı modeli 4 ana prinsipdən ibarətdir:
Ana
Bacı və qardaşlar
Ev
Uşaq Kəndi
Fərdi qabiliyyətlərini, maraq və istedadlarını üzə çıxarmağa, müxtəlif uğurlara və nailiyyətlərə imza atmalarına, cəmiyyətdə özlərini ifadə etmələrinə yol göstərir və köməklik edirik.
Biz ailələri möhkəmləndirmək və uşaqların atılma riskinin qarşısını almaq məqsədilə müəssisələr yaradır, bunun üçün proqramlar hazırlayırıq.
Qısa tarixcə:
1997-ci il. Azərbaycan Hökuməti və “SOS Kinderdorf İnternational” təşkilatı arasında Azərbaycanda SOS Uşaq Kəndlərinin, eyni zamanda digər layihələrin yaradılması və fəaliyyəti haqda razılaşma əldə edildi.
1999- cu il. Razılaşmaya əsasən “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası təsis edildi.
1999-cu il. İlk layihəmizin - Bakı SOS Uşaq Kəndinin tikintisinə başlandı.
2000- ci il. İlk iki uşaq Kəndə qəbul olundu.
2000- ci il. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Bakı SOS Uşaq Kəndini ziyarət etdi.
2000-cı il. Bakı SOS Uşaq Baxçasının tikintisinə başlandı.
2001-ci il. 27 iyun Bakı SOS Uşaq Kəndinin açılış mərasimi keçirildi.
2002-ci il. Bakı SOS Uşaq Kəndində əlavə 2 Ailə Evinin və baxça binasının tikintisi sona çatdı.
2004-cü il. Gəncə şəhərində SOS Uşaq Kəndinin inşaasına başlandı.
2005- ci il. “Şən avtobus” layihəsi fəaliyyətə başladı.
2006-cı il. Kirayə mənzillərdə yaşayan 5 ailə Gəncə SOS Uşaq Kəndinə köçürüldü.
2007- ci il. Dövlətdən subsidiyanın alınmasına razılıq əldə olundu.
2007-ci il. Bakıda yeni layihəmiz - Ailələrə Dəstək Proqramı fəaliyyətə başladı.
2008-ci il. Dövlət müavinətləri hesabına Bakı və Gəncə Uşaq Kəndləri qismən maliyyələşdirildi.
2008-ci il. Gənclər Evinin inşaası üçün torpaq sahəsi alındı.
2008-ci il. Bakıda 2009-cu ildən 2016-cu ilədək strateji planlaşdırma seminarı keçirildi.
2008-ci il. Gəncə SOS Ailələrə Dəstək layihəsi fəaliyyətə başladı.
2009-cu il. Bakı SOS Uşaq Kəndində Azərbaycanda I Milli Uşaq Kitabı sərgisi keçirildi.
Biz də Azərbaycan gənci olaraq, bu tip layihələrə dəstək olmağa çalışaq!
Şərhlər