İlk ziyarətimizindən bir il keçir. Keçən dəfə də bu uşaqlardan ayrılmaq çətin olmuşdu. Elə bu dəfə də belə oldu. Lakin keçən dəfəkindən fərqli olaraq, bu dəfə uşaqlar bizə daha tez uyğunlaşdılar və ayrılanda da möhkəm-möhkəm qucaqlamışdılar, əl çəkmirdilər(( Qucağımızda yatanlar, boynumuzu möhkəm-möhkəm qucaqlayıb ora-bura baxanlar.. hələ qapıdan içəri girməyimizə qədər belə səbr edə bilməyib üstümüzə qaçıb var gücü ilə qucaqlayanlar..
Keçən dəfəki kimi uşaqlar üçün meyvə, şirniyyat, sok, yogurt aparmışdıq. Əsas məsələ isə uşaqlarla birlikdə olmağımız idi. İnşAllah tez-tez gedib ziyarət etmək istəyirik..
Bu xəbəri yazmaqda məqsəd tam olaraq hesabat deyildi.. Sadəcə ordakı vəziyyəti, uşaqların ürək yanğısını bildirməkdi.. Əslində o uşaqları nə şirniyyat, nə meyvə, nə sok maraqlandırmırdı. Bircə qucaqlamağa bir insanları olsun...........
Şərhlər