Ziyarətimiz elə nəzərdə tutduğumuz gün həyata keçdi, şükürlər olsun!
22 yanvar 2012-ci il tarixində Gənclik metrosu yaxınlığındakı körpələr evinin 1 qrup sakinini ziyarət edə bildik.
Bu müəssisədə şəkil çəkməyə icazə vermədilər, səbəb olaraq, onu göstərdilər ki, uşaqlar övladlığa veriləndə problemləri olmasın.
Çəkə bildiyimiz şəkillər elə bunlar oldu:
Odur ki, bu dəfə yaşananları sözlərlə təsvir etməyə çalışacağıq.
Adətən, təşkilati işlərə başımız qarışır, uşaqların abu-havasını duya bilmirik.
Bu dəfə yemək vaxtından bir az əvvəl getdiyimizə görə süfrə düzəltmədik, sadəcə hər uşağa bir şirniyyat verdik, düşdük "evlərində" onlarla oynadıq. otaqda hər yan oyuncaq idi, uşaqlar öz aləmlərində.
Otağın qapısından içəri baxanda donmamaq mümkün deyil. Uşaqlar adamın üstünə elə qaçır, elə bil yaxın qohumlarını görürlər.
Əllərimizdəki şirniyyata uzanırlar. VƏ nələrsə danışırlar, anlaşılmaz (Hələ tam dil açmayıblar).
Nəsə, ordakı abu-hava digər uşaq evlərindən çox fərqlənirdi. Daha səmimi, mehriban, isti...
Təbii ki, nə qədər isti, mehriban, səmimi şərait yaradılsa da, bir uşaq üçün heç bir dövlət müəssisəsi öz dava-haraylı ailəsini, soyuq evini belə əvəz edə bilməz...
P.S. Qeyri-rəsmi
Orda bir qız uşağı var idi, kiçiklərin qrupundan dünən gətiriblərmiş bu qrupa.
Uşaq sözün yaxşı mənasında meymun idi )))
yeməli eyy yeməli, dai dəhşət )))
O biri uşaqlardan doğrudan fərqlənirdi, heç sıxılmamışdı, hamımızla oynayırdı, gülürdü.
Ordan heç çıxmaq istəmirdik, elə təzəlikcə uşaqlarla uyğunlaşırdıq((
Bəzi uşaqlar müəllimələrinin ətəyindən əl çəkmirdilər, bəziləri isə meymunluq eliyirdilər bizə )))
Elə bil sadəcə çoxuşaqlı bir ev idi:)
Kloundan isə heç danışmayım, uşaqlar bir haray saldılar ki, qoxmusdulay kloundan..
Yeməkdən sonra yatmaq saatları olub, duran kimi kloundan qorxduqlarını başa salırmışlar müəllimələrinə və yenə banan istəyirlərmiş.
Şərhlər