Bu səhifəni oxuyan hər bir kəsin yardımına ehtiyacı vardir. Şüküfənin 2 yaşı yenicə tamam olub, onun eşitmədiyini və danışa bilmədiyini bu yaxınlarda başa düşdük. Övladının bu dərdinə dözə biməyən bir valideyn kimi təbii ki, lazımi yerlərə müraciət edib Şükufəni müayinə etdirdikdən sonra körpəmizin Koklear İmplant əməliyyatı olunmalı olduğuna dair həkimlərin tövsiyyəsi bizim balaca xoshbəxt dünyamızı qaranlığa qərq etdi. Cünki bu əməliyyatın keçirilməsinə lazım olan vəsait bizim imkanımız xaricindədir. Heç olmazsa, öz evimiz olsaydı, onu satıb körpəmizin sağlamlığı üçün əlimizdən gələni edərdik. Amma, gənc ailə olduğumuzdan, təəssüf ki, hələ heç bir əmlakımız da yoxdur. Dövlətimin bütün qanunlarına hörmət və riayət edən vətəndaş kimi bütün aidiyyəti dövlət orqanlarına müraciət etdik. Bizim ölkədə bu əməliyyat aparılmadığından bizə heç bir kömək edilmədi. Amma, qonşu İran və Gürcüstanda belə əməliyyat aparılır. Həmin ölkələrdə bu əməliyyat üçün 30000 AZN manat vəsait tələb olunur. Xəzər TV-nin Xeyir körpüsü verilişində bu dərdimizə yardım edə bilən insanlara müraciət edilib. Amma həkimlərin məsləhətinə görə körpə 2,5 yaşına qədər əməliyyat edilsə, o da normal uşaq həyatı yaşaya bilər, əks halda, onun danışmasında, qavramasında qüsurlar qalacaq. Ona görə də, bu üsulla bütün xeyirxah insanlara müraciət etməyə məcbur oldum. Cox təəssüf ki, maddi çətinliklərdən hər valideynin öz övladının belə bir bəladan xilas olması üçün gücü yetmir. Əvvəlcədən, kömək edən, dərdimizə şərik olan insanların qarşısında baş əyirik. Həssas qəlbinizlə bizim harayımıza yetmək istəsəniz, aşağıdakı əlaqə vasitələri ilə bizi sevindirə bilərsiniz: Ağstafa rayonu, Xətai kəndi, Babayev Rəşad Yaşar oğlu. Əlaqə telefonları : Mobil: +994 50 300 73 44 Ev: +994 244-5-37-79
AZN Adı: "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti QAZAX filialı. Kodu: 502304 VÖEN: 1400057421 Müxbir hesabı: 0137010056944 S.W.I.F.T. Bik: ACABAZ22 Müştəri BABAYEV RASHAD YASHAR OGLU Cari hesab: 0010162410003520.53 AZN
Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами.
Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе Internet Explorer 9
Şərhlər