26.05.2013 tarixinə nəzərdə tutulmuş ziyarətimiz gözlədiyimizdən çox fərqli oldu.
Əslində, ziyarətimiz tək bir ünvana - Mərdəkan qəsəbəsində yerləşən 2 saylı ümumi internat məktəbinə nəzərdə tutulmuşdu.
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
Lakin internatda uşaq sayı bizə verilən məlumatdakı saydan ikiqat az olduğundan, əvvəlcə bir az qarışıqlığa düşdük, lakin sağ olsun komandamızın daimi üzvləri və qonaqları, tezliklə toparlandıq və burda uşaqlara yemək süfrəsi hazırlanarkən, bəzilərimiz gedib digər internatların razılığını aldıq və yeməyin qalanını Şağandakı 3 saylı internat evinə, şirniyyatın və hədiyyələrin qalanını isə Şüvəlandakı 2 saylı xüsusi internata apardıq.
Şüvəlandakı internat nitq və eşitmə qüsurlu uşaqlar üçündür. Hədiyyələrimizi payladıq, uşaqlar təzəlikcə nahar etdiklərinə görə, tortları da daha sonra uşaqlara vermələri üçün işçilərə verdik. Sonradan əlaqə saxladıq, tortun birini axşam uşaqlara veriblər, digərini isə sabaha saxlayıblar.
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
Yeməyin qalanı isə Şağandakı 3 saylı internat evinə aparıldı.
Əslində biz gedəndə o internatda süfrə hazır idi. lakin sağ olsunlar, uşaqları süfrəyə çağırmadılar, bizi də gözlədilər, qalan yemək (kabab) sadəcə hər uşağa bir tikə olacaqdı, onu da uşaqların yeməyinin yanında verməyimizə icazə verdilər.
Bu internat fiziki qüsurlu uşaqlar üçündür. Allah hər kəsə kömək olsun, şəfa versin.
Ürəyi və əsəbi zəif olan kəslərin şəkillərə baxması məsləhət deyil!
Bununla belə, Şağanda çəkilmiş şəkillərə də baxmaq istəsəniz, Gizlət/Göstər sözünə basaraq, şəkillərə baxa bilərsiniz.
Redaktə edilib: 20.07.2013
Şərhlər